Argentinalı futbolçu Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə görüşüb. Bu barədə İnsanoid bu gün, 2 oktyabr tarixində xəbər verir.
Messi görüşlə əlaqədar İnstagram hesabında foto paylaşıb.
Futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər.
Lionel Messinin həyat yoldaşı Antonella Rokutsa da görüş barədə özünün İnstagram hesabında paylaşım edib.
Bundan əvvəl həmyerlimiz Messinin doğum günündə iştirak edərək futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi.
View this post on Instagram