top
“Metil spirti ilə zəhərlənmələrin 85 faiz ölümlə nəticələnir” – Toksikoloqdan AÇIQLAMA
28 fevral 2025, 08:21
- ↺ +

“Metil spirti ilə zəhərlənmələrin 85 faiz ölümlə nəticələnir” – Toksikoloqdan AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər spirt zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb. Bu gün Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Bununla da paytaxtda bu səbəbdən ölənlərin sayı 22-yə çatıb.

Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun yaydığı məlumata görə, 15 nəfərin zəhərlənərək öldüyü yerdən aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

Bəs, görəsən, belə hadisələrin qarşısını necə almaq mümkündür?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin (KTM) baş toksikoloqu Azər Maqsudovun sözlərinə görə, qış mövsümü başlayandan spirtli içkilərdən zəhərlənmə halları artıb:

“Əsasən də metil spirtindən zəhərlənənlər daha çoxdur. Bununla bağlı tez-tez müraciətlər olur. Etil spirti ilə metil arasında fərqlər var. Kimyəvi düsturu müxtəlifdir. Metil spirti texnoloji prosesdə də çox ucuz əmələ gəlir. Satış qiyməti də çox ucuz, 60-80 qəpikdir. Amma buna baxmayaraq etil spirti texnoloji prosesdə bahadır. Araq və viski içkisi kimi qiyməti də yüksəkdir. Ona görə də maliyyə məsələsinə görə bəzi şəxslər daha ucuz spirtə üz tutur”.

A.Maqsudov zəhərlənmə simptomlarını sadalayıb:

“Əsas şikayətlər baş ağrısı, başgicəllənmə, ürək bulantısı, qusma, ikili görmə və yuxululuqdur. Bu yuxululuq elədir ki, getdikcə xəstə komaya düşə bilər. Komadan çox çətinliklə çıxarmaq olur”.

Toksikoloq metil spirtindən zəhərlənənlərin statistikasını da açıqlayıb:

“Statistikaya görə metil spirti ilə zəhərlənmələrin 85 faizi ölüm ilə nəticələnir. Metil spirti özü də apteklərdə satılır. Dezinfeksiya üçün bir maddədir. Üstündə də texniki spirt sözü yazılır”.

“Qış mövsümündə bədənin müqaviməti zəiflədiyi üçün spirtli içki qəbul etmək məsləhət deyil. Fəsadı çoxdur. Həssas olan insanlar mütləq diqqətli olub, bu məsələləri nəzərə almalıdır. Aptekdən alınan metil spirti daxilə qəbul edildikdə ümumiyyətlə çox təhlükəlidir. Adamın həyatına son qoya bilər”, – deyə A.Maqsudov fikrini tamamlayıb.

Nəzrin Vahid 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər