İmişli rayonunda cari ildə istixanalarda 225 ton pomidor, 65,2 ton isə xiyar yetişdirilib. Bu barədə Rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən 25 dekabr tarixində Azərtac məlumat yayıb.
Məlumata görə, rayonda fəaliyyət göstərən 16 istixananın 10,2 hektar sahəsi var. Bunun 3,8 hektar sahəsində xiyar, 6,4 hektarında isə pomidor yetişdirilir. Hal-hazırda yığım davam edir.