top
Mikayıl Cabbarov: Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq
02 avqust 2025, 01:25
- ↺ +

Mikayıl Cabbarov: "Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir.

Report.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbidə deyib.

"Bu əlamətdar addım, Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub", - nazir qeyd edib..

Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır: "Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilmiş və təxirəsalınmaz tədbirlər görüb.

Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə vermişdir. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk".

M. Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.

"İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.

Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından beş il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Dünən, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Dünən, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Dünən, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
25 oktyabr 2026, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər