Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb. Bu barədə Report 2 oktyabr tarixində xəbər verib.
Toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, mərhum deputat Qənirə Paşayevanın xatirəsi parlamentin payız sessiyasının ilk plenar iclasında bir dəqiqəlik sükutla yad edilib.
İclasda, həmçinin mərhum deputat Madər Musayevin də xatirəsi anılıb.
Sentyabrın 23-də səhhətində yaranan ciddi problemlərlə əlaqədar Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. Madər Musayev isə bu il iyulun 14-də dünyasını dəyişib.