Bioloji Müxtəlifliyin Qorunması Xidməti sosial şəbəkələrdə yayılan Şirvan Milli Parkında ceyranın güllələnməsi görüntüləriylə bağlı avqustun 10-da açıqlama verib.
Bildirilib ki, həmin heyvan baytar tərəfindən müayinə olunub. Xidmətin nümayəndəsinin sözlərinə görə, ceyrana ilkin yardım göstərilsə də, həyatını qurtarmaq mümkün olmayıb.
“Ceyranın bədənindəki güllə yarası deyil. Unutmamalıyıq ki, ceyran milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”, - qurumun rəsmisi açıqlamasında qeyd edib.