Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 avqust tarixində xəbər verir.
1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.
Onun meyti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.