Mingəçevirdə silah satmaq istəyən şəxs saxlanılıb. Bu barədə aprelin 15-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Belə ki, Şamil Behbudovun sərnişin qismində olduğu avtomobilə baxış keçirilib. Ş.Behbudova məxsus çantadan “AK-74” markalı avtomat, patronlar və sandıqça götürülüb.
Saxlanılan şəxsin avtomatı satmaq məqsədilə Bərdədən Mingəçevirə gəldiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
[URIS id=42645]