Şəmkir, Samux və Göygöl rayonlarında məlumatlandırma sessiyaları keçirilib. Bu barədə 9 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Keçirilən görüşlərin məqsədi fermerlərin öz torpaq və əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsinin vacibliyi barədə məlumatlandırmaqdır.
Fermerlərə bildirilib ki, payızlıq əkinləri bəyan edərkən bitkinin doğru seçilməsinə, bəyan hektarının konturlarının doğru qeyd olunmasına, əkin yerinin elektron xəritədə düzgün qeyd edilməsinə diqqət yetirilməlidir.
Görüşdə nazirliyin nümayəndəsi vürğulayıb ki, vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq.
İndiyədək nazirlik tərəfindən 30-dan artıq rayonda məlumatlandırma sessiyaları keçirilib.
Növbəti sessiya Neftçala və Salyan rayonlarında keçiriləcək.