Bu gün saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri atəşə tutulub.
Bu barədə 13 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
"Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", - məlumatda qeyd olunub.