Müdafiə Nazirliyinin brifinqi keçirilir. Bu barədə 20 sentyabr tarixində İnsanoid xəbər verir.
"Mövcud şərait bölmələrimizin nəzarəti altındadır". Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini davam etdirir: "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".
"Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı”, - deyə Anar Eyvazov əlavə edib.