Qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, bu, Azərbaycanda da öz əksini tapır. Bu barədə 23 dekabr tarixində Report iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə istinadən məlumat verib.
İqtisadiyyat naziri bildirib ki, Azərbycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan məhsulların idaxalından asılılıq var: “2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlar qida sahəsidir, müxtəlif tikinti materiallarıdır və xammaldır”. Onun sözlərinə görə, bu qiymət artımının daxili bazara ötürülməsidir.
“Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən 45-50% artıb. Biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir”, - deyə Mikayıl Cabbarov əlavə edib.
Azərbaycan Mərkəzi Bankın açıqlamasına əsasən, ölkədə bu il orta illik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində gözlənilir.