Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlanıb. Bu haqda mayın 4-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
İnsident mayın 1-nə keçən gecə Nərimanov rayonunda yerləşən sexlərin birində baş verib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.