Avqustun 9-da polis narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 Cəlilabad sakinini tutub. Onların üzərindən hazır bükümlərdə narkotik və psixotrop maddələr aşkarlanıb.
Baxış zamanı Cəlilabad rayon sakininin avtomobilindən 80 qram heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiki satmaq məqsədi ilə Bakıya apardığını etiraf edib.
Balaxanı qəsəbəsində əvvəllər məhkum olunmuş şəxsin üzərindən 12 ədəd kibrit qutusunda marixuana və bir ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs, narkotik vasitələri əcnəbidən alaraq Balaxanı qəsəbəsində satdığını bildirib.
Faktlarla bağlı araşdırmalar davam edir.
Cari ilin 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilib.