Bərdədə narkotikin təsiri altında ictimai nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb. Bu barədə dekabrın 23-də DİN məlumat verib.
Məlumata əsasən, şəhərdaxili sərnişindaşıma ilə məşğul olan “Mersedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb. Daha sonra isə onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Saxlanılan şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.