Bakıda nəqliyyatın hərəkəti qadağan olunan küçəyə (“Torqovı” adlanan ərazi) qanunsuz daxil olan avtomobil saxlanılıb. Bu barədə martın 11-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Avtomobil Səbail Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq təhvil verilib. Sürücünün narkotik vasitənin təsiri altında olması məlum olub.
Faktla bağlı araşdırma aparılır.