Bakı şəhərində narkotikin təsiri altında avtobus idarə edən sürücülər polis tərəfindən saxlanılıb. Bu haqda noyabrın 30-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, 567 saylı marşurut xətti ilə Qobu qəsəbəsindən paytaxta hərəkət edən üç avtobusun sürücüsünün narkotik vasitələrin təsiri altında olduqları məlum olub. Sərnişinlərin həyatını təhlükə altına qoyduqlarına görə onların idarə etdiyi avtobuslar xəttdən kənarlaşdırılıblar.
Bu fakta hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib.
Bununla yanaşı, Sumqayıtdan və Abşerondan Bakı istiqamətində hərəkət edən 70 sürücü və sərnişin karantin rejimini pozduqları üçün barələrində inzibati tədbir görülüb.