Bakının Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verib. Bu haqda aprelin 20-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Binanın ikinci mərtəbəsində 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar, həmçinin dam örtüyünün taxta atmaları yanıb.
Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı qarsalanıb.
Alov söndürülüb.