2021-ci ildə Naxçıvanda 5 nəfər məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilib. Bu haqda yanvarın 2-də Naxçıvan İnsan Hüquqları üzrə Müvəkkilinin hesabatında bildirilib.
Amnistiya aktı ümumilikdə 65 şəxsə şamil edilib. Onlardan 14-ü azadlıqdan məhrumetmə cəzası alan, 2-si cinayət məsuliyyətindən azad edilən, 12-si cəzası 6 ay azaldılan məhkumlardır.
Qeyd edək ki, Milli Məclis amnistiya elan edilməsi haqqında qanun lahiyəsini noyabrın 5-də təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə yekunlaşması nəzərdə tutulub.