Naxçıvan Muxtar Respublikasında 384 növdə məhsul istehsal edilir. Bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi son hesabatında deyilir.
İstehsal edilən məhsulların 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Məlumatda deyilir ki, əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.