Naxçıvanda 2 nəfərin xəsarət aldığı avtomobil qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 5 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Əziz Əliyev prospektində yüksək sürətlə hərəkət edən 90-ZX-236 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil yolun kənarında dayanan 99-KG-377 dövlət nömrə nişanlı “Mercedes" markalı avtomobilə çarpılıb.
Nəticədə "VAZ-2107"nin sürücüsü Özal Seyfullayev və sərnişini Aqil Bəşirov xəsarət alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="2" size="full" ids="128253,128254"]