Yeni tədris ilində Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin birinci siniflərinə 4 240 şagird qəbul olunub.
Bu barədə 15 sentyabr tarixində Report Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə istinadən məlumat verib.
Qeyd olunub ki, bu tədris ilində ümumtəhsil məktəblərində birinci sinflərdə 4 240 olmaqla ümumilikdə 52 mindən artıq şagird təhsil alacaq.