Naxçıvanda məktəblərə 193 mindən artıq pulsuz dərslik paylanıb. Bu barədə 13 sentyabr tarixində Report məlumat verib.
Muxtar respublikanın ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinə hazırlıq bitib.
Məktəblərə 193 447 dərslik verilib. Eyni zamanda müəllimlər də metodik vəsaitlərlə təmin ediliblər.
Naxçıvanın ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilib.
[gallery link="file" columns="2" size="full" ids="129753,129751"]