Neftçalada Milli Qəhrəman mayor Samid İmanovun ev-muzeyinin açılışı olub. Bu barədə oktyabrın 15-də İnsanoid RİH-yə istinadən xəbər verir.
Açılışda rayonun başçısı Mirhəsən Seyidov, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər. Həsənabad qəsəbə parkında yerləşən şəhidin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Samid İmanov 2016-cı ilin aprel ayının 3-dən 4-nə keçən gecə Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.