“Bizdə məlumat var ki, Stepanakert (Xankəndi) hava limanına 10 minə yaxın insan dəvət olunub. Onlara Ermənistana köçmələrinin ehtimalı olduğu bildirilib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda söyləyib.
Bu barədə 21 sentyabr tarixində İnsanoid xəbər verir.
“Onların şəklini çəkdilər, lentə aldılar, sonra isə dedilər ki, Ermənistan sizə getməyə icazə vermir... Mənə aydındır ki, bu, Ermənistanda daxili siyasi sarsıntı və xaos yaratmaq üçün edilir”, – deyə Ermənistanın baş naziri çıxışında bildirib.