2021-ci ilin noyabr ayında Azərbaycanda 7 hadisə nəticəsində 9 nəfər minaya düşmüşdür. Bu barədə dekabrın 2-də Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri deyib.
O bildirib ki, nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. Yaralananlardan biri mina təmizləyən, biri sərhədçi, ikisi Daxili Qoşunların hərbi qulluqçusu, dördü isə mülki şəxs olub.
Hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş vermişdir.