Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən qadın 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda noyabrın 30-da Trend məlumat yayıb.
37 yaşlı qadın cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı ildə 43 yaşlı qadını, 2019-cu ildə isə 34 yaşlı qadını Türkiyənin Konya şəhərinə aparıb. Orada qurbanlarını cinsi istismara məcbur edib.