Zaqatalada dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlardan külli miqdarda pul alan Şəki şəhər sakini saxlanılıb. Bu haqda DİN noyabrın 27-də məlumat verib.
Məlum olub ki, saxlanılan şəxs Zaqatalada altı nəfərin etibarından sui-istifadə edərək ümumilikdə onların 90 min manat pulunu mənimsəyib. O, vətəndaşları əsasən işə düzəltmək, pensiya təyin etdirmək və sosial ev tikdirmək vədləri ilə aldadıb.
Həmçinin o, özünü nazirliklərdən birinin əməkdaşı kimi təqdim edib və xarici ölkə universitetini bitirən tələbənin diplomunu təsdiq etdirəcəyi adı ilə aldadıb, onun 7500 manat pulunu ələ keçirib.
Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib. Qeyd edək ki, saxlanılan şəxs daha əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuşdur.