Qazaxıstana gedən Azərbaycan vətəndaşının külli miqdarda qızıl-zinət əşyalarını qanunsuz olaraq gömrük sərhədindən keçirməsinin qarşısı alınıb. Bu barədə aprelin 20-də Dövlət Gömrük Komitəsi məlumat verib.
Vətəndaşın əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib. Çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkarlanıb. Orada 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa tapılıb.
Faktla bağlı araşdırma davam edir.