"Ümid edirdim ki, yarışda medal qazanacağam". Bunu Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı çıxışı ilə bağlı danışarkən deyib.
Bu barədə 30 iyul tarixində Report məlumat verib.
O, olimpiadaya çox yaxşı hazırlaşdığını bildirib:
"Olimpiadaya çox yaxşı hazırlaşmışdım. Gündə iki dəfə məşq edirdim. Ümid edirdim ki, yarışı medalsız başa vurmaram. Təəssüf ki, alınmadı. Düşünürəm ki, bu, mənim üçün böyük təcrübə oldu".
Xatırladaq ki, Y.Ramazanova kamandan oxatma yarışlarının 1/32 finalında çinli An Qixuana qalib gəlib. İdmançımız növbəti mərhələdə almaniyalı Mişel Kroppenə uduzaraq yarışla vidalaşıb.
Qeyd edək ki, Yaylagül Ramazanova ölkəmizi 7 aylıq hamilə ola-ola təmsil edib.