Qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik keçirənlərə hökm oxunub. Novruzəli Novruzov 11 il, Amid Həmzəyev isə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bu haqda aprelin 20-də Trend məlumat yayıb.
Həmin şəxslər Bakıda onlayn yolla narkotiklərin satışını təşkil ediblər. Onların üzərindən və paytaxtda gizlətdikləri ünvanlardan satış üçün əldə etdikləri 6,78 kiloqram heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edilib ki, N. Novruzov Cəlilabad və ətraf rayonlarda, eləcə də Bakıda narkotiklərin dövriyyəsinə rəhbərlik edən əsas şəxslərdən biri olub.