Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işlərinə başlanılıb. Bu haqda mayın 5-də Report xəbər yayıb.
Təmir işləri üçün dövlət tərəfindən xarici mütəxəssislər dəvət edilib. Teatrda ən son təmir işləri 1987-1988-ci illərdə aparılıb.
Təmirin nə zaman bitəcəyi haqda məlumat yoxdur.
Qeyd edək ki, Opera və Balet Teatrının binasının tikintisi 1910-cu ildə Bakı milyonçuları Mayılov qardaşlarının təşəbbüsü ilə başlanılıb.