2022-ci ilin mart ayında Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə 39,4 milyon sərnişin səfər sayı qeydə alınıb. Bu barədə 14 aprel tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Məlumata əsasən, səyahətlərin 64%-i nağdsız ödənişlə həyata keçirilib. 2 yeni müntəzəm marşrut xətti təşkil edilib. Sözügedən dövr ərzində paytaxtın inzibati ərazisində 445 yol nişanı quraşdırılıb, 9 ünvanda isə yeni piyada keçidləri təşkil edilib. Bildirilib ki, 18 avtobus dayanacaq məntəqəsi quraşdırılıb.
Cari ilin mart ayında Agentliyə 1448 vətəndaş müraciəti daxil olub.