Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb. Bu barədə İnsanoid bu gün, 29 iyul tarixində xəbər verir.
92 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Almaniyadan olan Nelvi Raman Tiafakla üz-üzə gəlib.
Bu görüşdə idmançımız məğlub olub.
Qeyd edək ki, M.Abdullayev Paris olimpiadasının açılış mərasimində Azərabycanın bayraqdarı olub. Paris-2024 avqustun 11-də başa çatacaq.