Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış zamanı xəsarət alan 21 yaşlı gənc dünyasını dəyişib. Bu barədə oktybarın 15-də İnsanoid APA-ya istinadən xəbər verir.
Toğrul Əliyev oktyabrın 13-də müalicə aldığı Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.
Yaralı xəstəxanaya oktyabrın 9-da bədənin 90-95 % yanığı və tənəffüs yollarının III- IV dərəcəli termiki yanığı diaqnozu ilə yerləşdirilib.