Ermənistanın Baş naziri Nikol Paşinyan Bəyanat imzalayıb. İnsanoid bu haqda 6 oktyabr tarixində xəbər verir.
O, Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan sənədə imza atıb.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29.800 kv. km) və Azərbaycanın (86.600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.