“İrəvan ağlabatan müddətdə sülh sazişi ilə bağlı təkliflərini Bakıya təqdim edəcək”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
Bu barədə 14 sentyabr tarixində Report Ermənistan KİV-yə istinadən xəbər verib.
“Ermənistan Azərbaycandan sülh sazişinin mətni ilə bağlı yeni təkliflər alıb. Biz bunun üzərində işləyəcəyik və ağlabatan vaxt ərzində təkliflərimizi təqdim edəcəyik. Regionumuzda sülhün alternativi yoxdur, bu, region ölkələrinin təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edən yeganə həll yoludur”, - o qeyd edib.