“Qarabağda dinc əhali arasında kütləvi itkilərin olması ilə bağlı məlumat həqiqətə uyğun deyil. Ermənistan hakimiyyətinin məlumatına görə, Qarabağda yaşayan mülki əhali üçün heç bir təhlükə yoxdur”. Bunu Ernənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda bildirib.
Bu barədə 21 sentyabr tarixində İnsanoid xəbər verir.
“Təxminən 40 min ailəni yerləşdirmək üçün işlər gedir, lakin biz bu barədə danışmaq istəmirik, çünki hesab edirik ki, Qarabağ erməniləri öz vətənlərində layiqli və təhlükəsiz şəraitdə yaşamalıdırlar”, – deyə Paşinyan canlı efirdə bildirib.