Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq. Bu barədə 7 sentyabr tarixində Report Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən məlumat verib.
Məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.