Bakıda paytaxt sakininin evinə basqın olub. Bu haqda aprelin 19-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Belə ki, vətəndaş aprelin 14-də saat 02:00 radələrində yaşadığı evində döyülüb. Onun 3 800 manat pulu oğurlanıb və əlləri iplə bağlanıb.
Quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon və Səngəçal qəsəbə sakinləri müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.