2021-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 21 milyard manat təşkil edib. Bu ötən ilin göstəricisi ilə müqayisədə 5,3% çoxdur. Bu məlumat Bakı Statistika İdarəsinin dekabr ayına olan hesabatında öz əksini tapıb.
Paytaxt sakinlərinin xərclədiyi vəsaitin 11 milyard manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard manatlıq hissəsi isə qeyri-ərzaq mallarının payına düşüb.
Cari ilin 10 ayında Bakının ticarət dövriyyəsi Azərbaycanın ticarət dövriyyəsinin 56%-ni təşkil edib.