Bakının Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə aprelin 20-də Report xəbər yayıb.
Avtomobil yolu keçən 39 yaşlı piyadanı vurub. Yaralı sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.