Bakının Nəsimi rayonu, İlqar Cümşüdov və Cavad xan küçələrinin kəsişməsində yol qəzası baş verib. Bu haqda mayın 5-də APA xəbər verib.
“Daewoo” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılaraq aşıb. Sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.