2022-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 199,7 milyon manat təşkil edib. Bu barədə 5 may tarixində Bakı Şəhər Statistika İdarəsi məlumat verib.
Məlumata əsasən, hüquqi şəxslər üzrə dövriyyə 127,1 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 63,6%-ini təşkil etmişdir.