Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsilə Bülbül prospektinin kəsişməsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 4-də APA məlumat verib.
“Toyota” markalı avtomobil işıqforun qırmızı işığından keçərək Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”da olan sərnişin yaralanıb.
Faktla bağlı araşdırma davam edir.