Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər həbs edilib. Bu barədə noyabrın 25-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onların üzərindən 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Saxlanılanlardan birinin Bakıdakı mənzilinə keçirilən baxış zamanı orada 31 kiloqramdan çox narkotik, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı” və 2 kiloqram tiryək aşkar edilib.
Araşdırmalarla müəyyən olunub ki, onlar xarici ölkədə yaşayan narkotacirlərlə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Faktla bağlı cinayət işi açılıb.
Cari ildə polis tərəfindən keçirilən əməliyyatlar zamanı 3 tona yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb. Ümumilikdə 4 481 nəfər məsuliyyətə cəlb olunub.