Bakının Yeni Suraxanı qəsəbəsində mayın 4-də saat 15:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən xəbər paylaşıb.
“Haojue” markalı motosiklet “Opel” markalı avtomobillə toqquşub. Nəticədə motosiklet sürücüsü həlak olub.
Faktla bağlı araşdırma davam edir.