Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda aprelin 21-də APA xəbər verib.
“Toyota” markalı avtomobil öncə əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb, daha sonra isə “Daewoo” markalı maşınla toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sərnişini yaralanıb.
Faktla bağlı araşdırma davam edir.