Bakıda avtomobil ilə piyadaları vuraraq qaçan sürücülər saxlanılıb. Bu barədə dekabrın 24-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Dekabrın 23-də Nəsimi rayonunun Bakıxanov küçəsində piyada vurma ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, saat 8 radələrində yolu keçən paytaxt sakini “KİA” markalı avtomobillə vurulub. Saat 13 radələrində isə “Opel” markalı avtomobil yolu keçən piyadanı vurub. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Hər iki sürücü saxlanılıb və faktlarla bağlı araşdırma aparılır.