Ölkə ərazisində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərin dövriyyəsi ilə məşğul olan 28 nəfər saxlanılıb. Bu barədə noyabrın 26-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxslərdən ümumilikdə 47 kiloqramdan artıq narkotik aşkar edilərək götürülüb. Əməliyyatlar Bakıda, Salyanda, Kürdəmirdə, Abşeronda və Lənkəranda həyata keçirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
2021-ci ilin 10 ayı ərzində 6 tona yaxın narkotik dövriyyədən çıxarılıb. Bu həcmdə olan narkotiklərin dəyəri 162 milyon AZN (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir.